“Space“ TV-də daha bir veriliş bağlandı

saytların hazırlanması

Evə çatdırılma

“Space“ TV-də daha bir veriliş bağlandı

Maraqlı

08 Mart 2021 11:06 880


"Space" TV-nin efirində yayımlanan Nurlan Rafiqoğlunun aparıcıs olduğu "Operativ Hissə” verilişi də fəaliyyətini dayandırıb.

Yenisabah.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu qərarı televiziyanın direktoru vəzifəsini icra edən Kamil Şahverdiyev qəbul edib.

Direktor aparıcıdan öz "istəyi” ilə ərizə yazmasını xahiş edib. Pepperoni pizza

Bir müddət öncə də, Füruzə Cəlilovanın aparıcısı olduğu "Günaydın Azərbaycan”, Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli Şou” və Mətanət Əliverdiyevanın aparıcısı olduğu "Hər Səhər Mətanətlə” verilişləri bağlanıb. M.Güləddinoğlu fəaliyyətini ARB telekanalında davam etdirir.

"Space"də verilişlərin bağlanmasından sonra prodüser, montajçı və müxbirlər ixtisara düşüb. İxtisarların davam edəcəyi bildirilir. Bu addım pandemiya dövründə atıldığı üçün narazılıq yaradıb.

Qeyd edək ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl televiziyanın rəhbəri vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!