“Space” TV-nin rəhbəri keçmiş əməkdaşına uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Space” TV-nin rəhbəri keçmiş əməkdaşına uduzdu

Maraqlı

16 Noyabr 2023 18:37 1499


“Bu gün Yasamal rayon məhkəməsində “Space” TV-nin rəhbəri Vado Karovinə qarşı iddia tələbim təmin edildi”.

Yenisabah.az xəbər verir ki, bunu “Space” TV-nin keçmiş əməkdaşı Zamirə Dadaşova bildirib.

“Məhkəmənin qərarı ilə “Space” MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım verilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir”. Sezar pizza

17 il bu telekanalın ekranında müxtəlif verilişlərə aparııcılıq edən Zamirə Dadaşova bu ilin aprelində “Space” TV-ni tərk edib. O, axırıncı dəfə telekanalda “Acıq söhbət” verilişini aparırdı.

Z.Dadaşova hazırda RTV internet kanalında "Onunla açıq söhbət" verilişinə aparıcılıq edir./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!