“Space”in efirində dava: Həkimlə jurnalist bir-birinə mikrofon atdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Space”in efirində dava: Həkimlə jurnalist bir-birinə mikrofon atdı - Video

Şou

09 Fevral 2024 21:55 2894


"Space" TV-nin "Gəl danış" ictimai-sosial verilişinin canlı efirində ekspertlər arasında qalmaqal yaşanıb. 

Yenisabah.az Bizim.media-ya istinadən bildirir ki, sözügedən proqramda ekspert qismində iştirak edən xanım jurnalistin danışarkən əl-qol hərəkətləri etməsi onun yanında əyləşən həkimin qəzəbinə səbəb olub. 

"Mən görmüşəm ki, jurnalist savadlı danışar. Şüvənlik salmısınız. Siz yalnız qışqırırsınız", - deyə həkim etiraz edib.  pizza

Bundan sonra o, ayağa qalxaraq əlindəki mikrofonu qadın jurnalistin üzərinə atıb və əyləşdiyi kürsünü yan tərəfə çəkib. Bu anda isə jurnalist həkimin etdiyi hərəkəti təkrarlayaraq mikrofonu qarşı tərəfin üzərinə atıb. Verilişin növbəti dəqiqələrində ikili ayaq üstə bir-birinin üzərinə gedərək dalaşıblar. 

Onların bu davası əlbəyaxa olmasın deyə proqramın aparıcısı Amil Xəlil müdaxilə etmək məcburiyyətində qalıb. Tərəflərin mikrofonu söndürülüb.

Efirdə baş verən həmin gərgin anları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!