“Sputnik”də saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat verildi

saytların hazırlanması

Evə çatdırılma

“Sputnik”də saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat verildi

Kriminal

01 İyul 2025 17:12 455


"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək.

Yenisabah.az report-a istinadla xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Toyuqlu pizza

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!