“Squid Game“ serialına görə məktəbli ölüm cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

“Squid Game“ serialına görə məktəbli ölüm cəzası aldı

Dünya

25 Noyabr 2021 11:20 694


Şimali Koreya sakini Cənubi Koreyanın "Squid Game" teleserialını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyinə görə edam cəzasına məhkum edilib.

Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, onunla birlikdə filmin nüsxəsini alan bir neçə orta məktəb şagirdi, eləcə də onların müəllimləri və məktəb rəhbərləri mühakimə olunub. Onlar beş il ağır iş cəzasına məhkum ediliblər. "Xərçəng oyunu"nun tamaşaçılarından biri varlı valideynlərin oğlu olub. O, 3 min dollar ödənc sayəsində cəzadan yayınıb.

2021-ci ilin oktyabrında KXDR səlahiyyətliləri "Squid Game" seriyasını kəskin tənqid edərək, bunun "Cənubi Koreya kapitalist cəmiyyətində vəhşilik nümunəsi" olduğunu bildiriblər. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!