Stano: İran ballistik raketlərinə dair kəşfiyyat məlumatları var

saytların hazırlanması

Evə çatdırılma

Stano: İran ballistik raketlərinə dair kəşfiyyat məlumatları var

Dünya

09 Sentyabr 2024 15:07 414


Avropa İttifaqı müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar və tədarüklər təsdiqlənərsə, Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.

“Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya çatdırılması ilə bağlı verdiyi etibarlı məlumatdan xəbərdarıq. pizza mizza

Üzv dövlətlərimizlə bu məsələni daha ətraflı araşdırırıq və təsdiq olunarsa, bu çatdırılma İranın Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artmasını göstərəcək. Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub. Avropa İttifaqı İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə və sürətlə cavab verəcək”, - Aİ rəsmisi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!