Ştefan Sveyqin məşhur əsəri “M Teatrın” səhnəsində

saytların hazırlanması

Evə çatdırılma

Ştefan Sveyqin məşhur əsəri “M Teatrın” səhnəsində

Mədəniyyət

06 Fevral 2023 15:22 1411


Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində bu dəfə dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib. 

Yeni tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır. 

Melodrama janrında hazırlanan tamaşada rolları əməkdar artist İlqar Cahangir, aktyorlar Oksana Rəsulova və Ziya Ağa ifa ediblər.  Sezar pizza

Məlumat üçün qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir.Və dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir. 

Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla  xoş təəssüratlarını bölüşüblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!