YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Stiv Cobsun qızı “iPhone 14”ü lağa qoydu

Stiv Cobsun qızı “iPhone 14”ü lağa qoydu

Rəqəmsal

09 Sentyabr 2022 21:53 3372


Texnologiya nəhəngi "Apple"ın qurucusu Stiv Cobsun qızı Eve Cobs "Apple"ın dünən təqdim etdiyi yeni iPhone 14 modelini lağa qoyub. Cobsun paylaşımı sosial mediada gündəm olub.

Yenisabah.az xəbər verir ki, dünən bütün dünyada "Apple"ın təqdimatı reallaşdı və "iPhone 14" başda olmaq üzrə yeni məhsullar təqdim edildi. Dünyanın demək olar ki, hər ölkəsində yeni "iPhone" modelinin qiyməti gündəmdə olsa da, bir çox insan yeni "iPhone"nun köhnəsindən fərqlənmədiyini tənqid edib.

"Apple"ın qurucularından olan Stiv Cobsun qızı Eve Cobs da tənqidçilərdən olub. "iPhone 14"nun əvvəlki modellə müqayisədə çox dəyişikliyə malik olmamasını Steve Cobsun qızı Eve Cobs da deyib. İnstaqram hesabındakı paylaşımında internetdə viral olan bir şəkil əlavə edən Jobs, ""Apple"ın təqdimatından sonra "iPhone 13"dən "iPhone 14"ə keçəndə mən" yazaraq paylaşım edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!