Stress koronavirus riskini artırır

saytların hazırlanması

Evə çatdırılma

Stress koronavirus riskini artırır

Sağlamlıq

17 Yanvar 2021 13:30 1643


Alimlər koroanvirus pandemiyasının psixoloji təsirləri haqqında tədqiqatlar aparıblar.

Yenisabah.az xarici KİV-nə istinadən bildirir ki, Covid-19-un narahatlıq yaradacaq dərəcədə sürətlə yayılmasından sonra alimlər onun insan psixologiyasına təsirini araşdırıblar.

Məlum olub ki, koronavirusa yoluxma qorxusu insanlarda panika yaradır və gündəlik həyat keyfiyyətini aşağı salır. Pepperoni pizza

Hətta yaratdığı psixoloji sarsıntı insanın əmək qabiliyyətinə mənfi təsir edir.

Beyin bədənlə əlaqəli olduğundan gün ərzində həddindən artıq narahatlıq keçirmək və ya narahatlıqdan qaynaqlanan stress sinir sistemində stress hormonlarının ifrazına səbəb olur.

Bu hormonlar qan şəkərinin səviyyəsini artırır. Bu da öz növbəsində, başgicəllənmə, sürətli ürək döyüntüsü, baş ağrısı, diqqətsizlik və tərləmə kimi fiziki reaksiyalara səbəb olur. Qandakı bu stress xroniki narahatlıq yaradır və immun sisteminin fəaliyyətini pozur. Nəticədə insan keçirdiyi psixoloji sarsıntı COVID-19-a gətirib çıxarır. Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!