Su içmək insana nə verir?

saytların hazırlanması

Evə çatdırılma

Su içmək insana nə verir?

Sağlamlıq

18 Sentyabr 2024 17:12 3420


Bədənimizin 70 faizi sudan ibarətdir. Bu, yaşla əlaqəli dəyişir. Ana bətnində olarkən bədənin 95 faizini su təşkil edib. Doğulduqdan sonra bədəndə suyun həcmi 77 faizə düşür.

Yenisabah.az xəbər verir ki, su müxtəlif orqanlara faydalı və qidalı maddələr çatdırır. Bizi enerji ilə təmin edir və əzələləri gücləndirir. Su oynaqları “yağlayır”, hətta gözlərimizi nəmləndirir.

Gün ərzində su içmədəm ürəyin və qan damarlarının normal fəaliyyəti mümkün deyil. Sezar pizza

Üstəlik, kifayət qədər su yoxdursa, vücudunuz temperaturu tənzimləyə bilməyəcək və həddindən artıq istiləşməyə başlayacaq.

Əgər orqanizm yetəri qədər su qəbul etməsə, bunun insan üçün dəhşətli fəsadları olacaq.

Öncə sidiyiniz tündləşəcək. Çünki böyrəklər qana daha çox maye göndərir və buna görə də sidiyi tünd sarıya çevirir. Bir sutka sonra siz heç sidiyə getməyəcəksiniz.

Daha sonra orqanizimin “quruması” səbəbindən udqunmaq problemi başlayacaq.

Orqanizimdə su balansını tənzimləməsəniz, beyindəki zədələr sağalmaz olacaq. Nəticədə beyniniz hər hansı bir işi görmək üçün yüklənməyə məruz qalacaq. Enerjiniz get-gedə aşağı düşəcək, diqqətiniz dağılacaq. Həmçinin daha da əsəbi olacaqsınız.

Hətta dərinizdəki qırışlar və xəttlər daha çox görünəcək. Dəri quruyacaq və qıcıqlanma yaranacaq. Beyin susuz qalanda daha çox yüklənir deyə, baş ağrıları yarana bilər.

Bununla yanaşı, su içməsəniz gözləriniz də ağrıyacaq. Az da olsa, çəkidə artma müşahidə olunacaq. Çünki orqanizm bu yolla mövcud suyu saxlayır ki, sizi susuzluq problemindən qorusun. Məhz buna görə şişkinliyiniz yaranacaq.

Su içmədiyiniz 3-5 gündə yaşınızdan asılı olaraq, beyinə qan dövranı hərəkət etmədiyindən siz ölə də bilərsiniz. Bu dəhşətli nəticə bədənin sudan imtina etməsi səbəbindən baş verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!