Süfrəmizə qoyduğumuz yağ əslində nədir? - Vətəndaşlardan  gizlədilən faktlar

saytların hazırlanması

Evə çatdırılma

Süfrəmizə qoyduğumuz yağ əslində nədir? - Vətəndaşlardan gizlədilən faktlar

Sosial

01 Mart 2026 21:46 872


Azad İstehlakçılar Birliyi bəzi yağ məhsullarının etiketlənməsi ilə bağlı narahatlıq bildirib.

Bu barədə “Yeni Sabah”a danışan  birliyin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, satışda olan bəzi yağ məhsulları istehlakçıların məlumat almaq hüququnu pozur:

“Azad İstehlakçılar Birliyi hələ 2024-cü ildə Qida Təhlükəsizliyi Agentliyinə rəsmi müraciət edib. Bildirilib ki, satışda olan bəzi spred və yağ məhsullarının üzərində sadəcə “bitki yağı” yazılır, lakin onun hansı mənşəli olduğu göstərilmir. Halbuki istehlakçı yağın günəbaxan, palma, qarğıdalı və ya başqa bitkidən alındığını bilməlidir, bu, onun məlumat almaq hüququdur. pizza sifarişi

Təəssüf ki, məsələ hələ də tam həll olunmayıb. Müsbət haldır ki, hazırda etiket məlumatları ilə bağlı standartlar hazırlanır. Bu çərçivədə etiketlərdə bütün məlumatların aydın və istehlakçının tələbinə uyğun göstərilməsi, həmçinin yazı şriftinin ölçüsü kimi texniki tələblərin də müəyyənləşdirilməsi təklif edilib”.

E.Hüseynov qeyd edib ki, son illər Qida Təhlükəsizliyi Agentliyi etiketlə məhsul tərkibinin uyğunluğunu yoxlayır:

“Son 3 ildə qida təhlükəsizliyi qurumları etiket məlumatları ilə məhsulun tərkibinin uyğunluğunu araşdırır. Bu, müsbət addımdır, lakin problemlər hələ də qalır. İstehlakçılara belə hallarla rastlaşdıqda qaynar xətt vasitəsilə - 1003 nömrəsinə müraciət etmələri tövsiyə olunur.

Digər problem isə bəzi məhsulların istehlakçı üçün anlaşılmaz dildə etiketlənməsidir. Xüsusilə İran mənşəli və müxtəlif yollarla Azərbaycana gətirilən bəzi malların üzərində məlumatların fars dilində yazılması istehlakçıların məlumat almaq hüququnun pozulmasına səbəb olur. Bu məsələlər aradan qaldırılmalıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!