Bir ailənin yol qəzası faciəsi -   26 yaşlı gənc atası ilə eyni aqibəti yaşadı

saytların hazırlanması

Evə çatdırılma

Bir ailənin yol qəzası faciəsi - 26 yaşlı gənc atası ilə eyni aqibəti yaşadı

Hadisə

29 Yanvar 2026 10:17 456


Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi “QAZel” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində ölüb. 

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, V.Əsgərovun atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Marqarita pizza

Baş verən bu faciə sükan arxasında diqqəti yayındıran hərəkətlərin nə qədər ağır və geri dönməz nəticələrə səbəb olduğunu bir daha açıq şəkildə göstərir. Mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir.

Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!