Süleyman Mikayılovun səlahiyyətləri bu şəxsə keçdi -   Uzun illərdir vəzifədədir

saytların hazırlanması

Evə çatdırılma

Süleyman Mikayılovun səlahiyyətləri bu şəxsə keçdi - Uzun illərdir vəzifədədir

Siyasət

31 Yanvar 2026 09:42 8911


Bakı şəhəri, Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən şəxsin kimliyi məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hazırda rayona icra başçısının birinci müavini Emil Abbasov rəhbərlik edir.

O, uzun illərdir Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutur. Marqarita pizza

Qeyd edək ki, hazırda Qaradağda icra başçısının yalnız bir müavini var. Bu da E.Abbasovdur.

Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ötən gün vəzifəsindən azad edilib. Hələlik icra başçısı vəzifəsinə yeni təyinat olmayıb. 

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!