“Sülh gündəliyi məğlubiyyət gündəliyi deyil” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Sülh gündəliyi məğlubiyyət gündəliyi deyil” - Paşinyan

Siyasət

30 Aprel 2022 08:01 550


Münaqişənin tənzimlənməsindən ilk növbədə Dağlıq Qarabağ və onun xalqı faydalanacaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 29-da Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyanla görüşündə deyib.

“Buna görə də danışıqları gizli aparmaq sadəcə məntiqi deyil, bunu təsəvvür eləmək sadəcə mümkün deyil”, – Paşinyan vurğulayıb.

Baş nazir ötən həftə hökumətin iclasında demişdi ki, 2020-ci il noyabrın 9-dan bəri Dağlıq Qarabağın tənzimlənməsinə dair bircə layihə, yaxud onun qaralama variantı masa üstündə olmayıb. Bundan bir neçə gün sonra Arutyunyan bildirib ki, indiki mərhələdə Dağlıq Qarabağın statusu üzrə sənəd müzakirə olunmur. Dominos pizza

Arutyunyan daha sonra sülh gündəliyini qəbul etdiklərini, amma “Artsax (Qarabağ) ermənilərinin öz müqəddəratını təyin etməklə bağlı hüququnun tanınmasında qeyd- şərtə və güzəştə yer olmadığını” söyləyib.

Paşinyanın sözlərinə görə, sülh gündəliyi heç də “məğlubiyyət gündəliyi” deyil.

“Sülh gündəliyi – müharibə dəhşətlərinin, postmüharibə çətinliklərinin öhdəsindən gəlinməsi, xalqın təhlükəsizliyi, hüquq və gələcəyinin təmin olunması gündəliyidir”, – Paşinyan vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə aprelin 29-da Bakıda beynəlxalq konfransda deyib ki, Qarabağda yaşayan ermənilərdən müsbət mesajlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.

“Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Amma bunun üçün ilk növbədə separatizm meyllərinə son qoymalı, reallıqları anlamalıdırlar... Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”, – deyə Prezident Əliyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!