Sülh müqaviləsinə dair fikir ayrılıqları var 

saytların hazırlanması

Evə çatdırılma

Sülh müqaviləsinə dair fikir ayrılıqları var 

Siyasət

23 May 2024 13:07 485


Ermənistan və Azərbaycan mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqlarını saxlayır, lakin sənədin mətninin razılaşdırılması istiqamətində işlər davam edir. 

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. 

“Ermənistan münasibətlərin nizamlanması və sülh haqqında saziş imzalamağa və həyata keçirməyə hazırdır. Azərbaycanın mövqeyinə gəlincə, əvvəllər dediyimiz kimi, hələ də bəzi fikir ayrılıqları var. Ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə biz iki tərəfin mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışırıq”, - o bildirib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!