Terrorçular belə zərərsizləşdirildi -   Təlimdən maraqlı GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Terrorçular belə zərərsizləşdirildi - Təlimdən maraqlı GÖRÜNTÜLƏR

Siyasət

31 Yanvar 2026 10:03 585


Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri davam edir. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra olunacaq tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib. pizza hut

Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!