Ermənistan öz nümunəsi ilə sübut etdi ki, hökumətin və xalqın regionda davamlı sülhün bərqərar olması üçün real iradəsi var.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “Le Monde” jurnalına müsahibəsində bildirib.
O əlavə edib: "Ermənistan hökuməti əmindir ki, Cənubi Qafqazda davamlı sülh qlobal fayda gətirə bilər". Toyuqlu pizza
Baş nazir iyulun 15-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.
“Sülh sazişinin konturlarının formalaşmasına baxmayaraq, onun həyata keçirilməsinə hələ də ciddi maneələr var. Bu maneələri aradan qaldırmaq yalnız Cənubi Qafqazda sülhə səmimi inanan tərəfdaşların möhkəm dəstəyi ilə mümkün olacaq”, - deyə Paşinyan vurğulayıb.
Telegram kanalımız