Qarabağdakı separatçı xunta Ağdam yolu vasitəsilə Azərbaycanla ticarətin aparılması xəbərini təsdiqləməyib.
Yenisabah.az-a xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, tanınmamış “DQR” rəsmiləri müzakirələrin getdiyini təsdiqləsə də, bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlıları özləri üçün Ağdam yolundan istifadə etməyəcəklərini bildirib. Toyuqlu pizza
Məlumata görə, sülhməramlı kontingentin rəhbərliyi müharibədən bəri olduğu kimi, Gümrü hərbi bazasından da ehtiyac duyduqları ləvazimatları almağa davam və razılıq əldə edərkən bu tələbdə israr edəcəklərini bildiriblər.
Xatırladaq ki, Ağdam-Xankəndi yolunun açılması barədə bir sıra erməni nəşrləri silsilə məlumatlar tirajlasa da, qondarma qurumun “prezident aparatı”nın mətbuat katibi Lusine Avanesiyan iddiaları təkzib edib.
Telegram kanalımız