“Sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər, yetirə bilmirlər, yoxsa, yetirmək istəmirlər?”

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər, yetirə bilmirlər, yoxsa, yetirmək istəmirlər?”

Mədəniyyət

05 Avqust 2022 14:43 4172


“Necə ki, "dəmir yumruq” kimi birləşib torpaqlarımızı 44 gündə azad etdik, bunun da öhdəsindən gələcəyik”. 

Bu sözləri “Yeni Sabah”a Xalq artisti Mənsum İbrahimov sərhəddə baş verən erməni təxribatını önləmək üçün avqustun 3-də keçiirlən “Qisas əməliyyatı”nı şərh edərkən deyib:

“”10 noyabr Bəyannaməsi”nin şərtləri var. Bu şərtlərə riayət olunmalıdır. Ötən gün də şəhidimiz oldu. Allah şəhidimizə rəhmət eləsin. Bizim üçün böyük itkidir. Gənclərimizn həyatını itirməsi çox ağırdır. Bu səbəbdən də az vaxt içində qisasımız alındı. İgid əsgərlərimizin orada ayıq-sayıq dayandığını bilirik. Tezliklə bölgədən erməni silahları tam çıxmalıdır. Əsas budur. Onların da mətbuatından erməni tərəfinin düşdyü xaousu görürük. Ermənilərdə cinayətkar qruplar və diasporaları bu müharibənin bitməsini istəmir. Bəlkə də erməni xalqının içində də bunun sonunun olmadığını başa düşən insanlar var. Müharibənin davam edəcəyi təqdirdə vəziyyətin acınacaqlı olacağını anlayırlar. Erməni silahlıları nə qədər ki, Qarabağda qalmağa davam edəcək, o vaxta qədər də belə problemlər olacaq. Bu müharibəyə Qarabağdan son erməni silahlısı çıxanda son qoyulacaq.  Dördpendirli pizza

Onların yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır. Bu məsələnin bizim xeyrimizə həll olacağını düşünürəm. Necə ki, "dəmir yumruq” kimi birləşib torpaqlarımızı 44 gündə azad etdik, bunun da öhdəsindən gələcəyik. Amma, əlbəttə, hər birimiz ayıq-sayıq olmalıyıq. Sosial şəbəkələrdə informasiya yayanda ehtiyatlı olmalıyıq. Onlar bizim torpaqlarımızda çox qala bilmir Ermənistanda ölkədən gedənlərin sayı sürətlə artır”.

Mənsum İbrahimov “Qarabağda rus sülhməramlıları olmalıydımı?” sualını belə cavablayıb:

“Əsas sual da budur ki, rus sülhməramlsı burada neyləyir?! Əgər, onlar   sülhməramlılardırsa, niyə bu hadisələr baş verir?!  Deməli, onların məqədi başqadır. Onu da açıq söyləməlidirlər. Sülhməramlılar öz vəzifələrini yerinə yetirmirlər, yetirə bilmirlər, yoxsa, yerinə yetirmək istəmirlər? Bu suala cavab vermək lazımdır. Atəş rus sülhməramlılarının olduğu yerdən açılır. Erməni silahlısı çıxandan sonra rusun orda qalmağına ehtiyac qalmayacaq”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!