Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar Şuşa ərazisində sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin daha bir müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib. Pepperoni pizza
Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb./Oxu.az
Telegram kanalımız