Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin bülletenində məlumat verilib.
“30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətə və sutka ərzində atəşkəs rejiminin saxlanmasına nəzarət edir. pizza sifarişi
Son sutka ərzində Rusiya sülhməramlılarının cavabdehlik zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
Ağdərə, Xocavənd və Şuşa rayonlarında 3 marşrut üzrə patrul xidməti həyata keçirilib”, - məlumatda deyilir.
Telegram kanalımız