““Sülhməramlılar”ın hərəkətindən görürük ki, rus ordusu necə əxlaqsızdır”

saytların hazırlanması

Evə çatdırılma

““Sülhməramlılar”ın hərəkətindən görürük ki, rus ordusu necə əxlaqsızdır”

Siyasət

13 Aprel 2022 11:20 983


“Nə qədər ki, Azərbaycan öz ərazilərində suverenliyini və ərazi bütövlüyünü təmin etməyib, sərhədlərinə özü nəzarət etmir, o zaman heç bir halda Azərbaycan özünü təhlükəsiz hiss edə bilməz”.

Bu sözləri Yenisabah.az-a Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

Siyasi analitik Ermənistanın müxalif “Hayastan” və “Patev unem” fraksiyalarınnın deputatlarının rusiyalı sülhməramlılar tərəfindən Qarabağa buraxılmaması faktına münasibət bildirib. pizza mizza

Öz növbəsində S. Əkbər deyib: “Ona görə də Azərbaycanın başlıca vəzifəsi hazırda “sülhməramlıların” nəzarətində qalan ərazilər üzərində suverenliyini, ərazi bütövlüyünü, xüsusən də Laçın dəhlizinin həmin 5 km-lik sərhəd hissəsinə olan nəzarəti bərpa etməsidir. Azərbaycan bu məsələni heç bir halda Rusiyanın öhdəsinə buraxmamalıdır.

İndiki halda Rusiyanın belə davranmasına səbəb Rusiyanın Ukraynada bataqlığa saplanması və bu məsələdə Avropa Birliyinin təşəbbüsü öz əlinə alması ilə bağlıdır. Bütün dünya Rusiyanın və onun “sülhməramlılar”ının hərəkətindən görür ki, Rusiya ordusu necə bir əxlaqsız bir ordudur. Ondan sülh gözləmək isə təbii ki, əbəsdir. Rusiya yaranmış vəziyyətdə bilir ki, əvvəlki kimi davranmağa davam etsə, öz ziyanına olacaq”.

AzDP sədrinin sözlərinə görə, həmin o deputatların Qarabağa yenidən səfəri tamamilə mümkündür, hətta bunu rusların özləri belə təşkil edə bilərlər:

“Biz dərin düşünməliyik ki, ora artıq Ermənistanın deyil, Rusiyanındır. Orada nə baş verirsə, ilk növbədə, buna Rusiya cavabdehlik daşıyır və oraya artıq Rusiya öz ərazisi kimi baxır. Siz erməni rəsmilərin açıqlamalarına da diqqət yetirsəniz, görəcəksiniz ki, artıq Ermənistan oranın Azərbaycan torpağı olması ilə barışmağa başlayıb. Bununla barışmayan əsas qüvvə isə Rusiyadır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!