“Sumqayıt” azarkeşlərini Naxçıvana aparır

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” azarkeşlərini Naxçıvana aparır

İdman

17 May 2019 12:11 1056


Mayın 19-da Naxçıvanda Azərbaycan kuboku uğurunda “Qəbələ” – “Sumqayıt” üz-üzə gələcək.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Yeni Sabah”a açıqlamasında klubun final öncəsi planlarından danışıb: 

“Komanda dünənki məqşdən sonra Mərdəkanda qalıb. Bu gün axşam 23:30-da Naxçıvana yola düşəcəklər. Sabah son məşqlərinə çıxıb, oyundan sonra gecə 00:05 reisi ilə Bakıya qayıdacaqlar. Aleksey İsayev cəzalı olduğuna görə bu matçı buraxmalı olacaq. Peyman Babayi, Ehtiram Şahverdiyev isə zədəlidir. Onların iştirak edib-etməyəcəyi oyun saatı bilinəcək”.  Toyuqlu pizza

R.Məmmədov matç üçün azarkeşlərin gediş və gəlişinin klub tərəfindən təşkil olunduğunu da qeyd edib:

“Klub ən fəal azarkeşləri üçün Naxçıvan səfərini təşkil edib. 50 nəfərə yaxın azarkeş bura daxildir. Oyun günü gedib, oyun günü də təyyarə ilə qayıdacağıq”.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!