Sumqayıt-Bakı qatarının gecikməyinin səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt-Bakı qatarının gecikməyinin səbəbi bilindi

Hadisə

22 Noyabr 2019 09:44 918


Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.

Bu barədə "Yeni Sabah"a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir. pizza sifarişi

“Azərbaycan Dəmir Yolları” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!