Sumqayıt Bulvarında ağacları kəsən şirkət aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt Bulvarında ağacları kəsən şirkət aşkarlandı

Sosial

01 May 2019 08:02 819


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində köküstə yaş 7 şam ağacının kəsildiyi aşkar edilib.

“Yeni Sabah” xəbər verir ki, araşdırma zamanı ağacların “Əmioğulları-4” MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyən olunub.

Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.  pizza sifarişi

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!