Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura start veriləcək.
“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə Sumqayıtda start fiti səslənəcək. 3 turda ardıcıl məğlubiyyətlərlə üzləşən şəhərin eyni adlı komandası evdə “Sabah”la üz-üzə gələcək. Marqarita pizza
Günün digər matçı isə paytaxt Bakıda baş tutacaq. “Səbail” “Qəbələ”ni qonaq edəcək.
Qeyd edək ki, turun digər oyunlarında sabah “Neftçi” “Keşlə” ilə üz-üzə gələcək, sentyabrın 23-də isə “Zirə” “Qarabağ”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
5-ci tur
21 sentyabr
“Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev.
“Sumqayıt Arena”, 17:30.
“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
“ASCO Arena”, 19:45.
Telegram kanalımız