Sumqayıtda 2 nəfəri it dişləyib.
"Yeni Sabah"ın "APA"ya istinadən məlumatına görə, şəhərin Corat qəsəbəsində 1957-ci il təvəllüdlü Bayramlı Yaxşıxanım Əlibaba qızını it dişləyib.
Digər hadisə isə şəhərin "BTZ bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Rüstəmov Rəsul Məzahir oğlu bağ evində itin hücumuna məruz qalıb. Ona sağ baldırın yuxarı üçdə bir hissəsinin dişlənmiş yarası diaqnozu qoyulub. Marqarita pizza
Hər iki şəxs xəstəxanaya aparılıb və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Telegram kanalımız