Sumqayıtda 45 yaşlı kişini bıçaqlayan gənc saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 45 yaşlı kişini bıçaqlayan gənc saxlanıldı

Kriminal

20 İyun 2025 23:01 677


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ağayev Eyruz Bəhlul oğlu ilə 1985-ci il təvəllüdlü Balayev Sərvər Sahib oğlu arasında münaqişə bıçaqlanma ilə nəticələnib. pizza hut

Mübahisə zamanı Eyruz Ağayev Balayev Sərvərə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, döş qəfəsinin açıq yarası, budun yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhərində bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!