Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub

Kriminal

16 İyul 2025 15:03 494


Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar. Toyuqlu pizza

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Əliyev və E.Hüseynovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!