Sumqayıtda almaları müsadirə edən məmuru biabır etdilər -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda almaları müsadirə edən məmuru biabır etdilər - VİDEO

Sosial

25 Yanvar 2026 10:29 7447


Bir müddət əvvəl Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında düzülmüş meyvələrin müsadirə edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə yayılan görüntülər ictimai narazılıq doğurmuş, məmurun davranışı sərt tənqid edilmişdi.

Daha sonra məlum oldu ki, sözügedən şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi vəzifəsində çalışan Samir Bədəlovdur.

Hadisə bununla da gündəmdən düşməyib. Ötən gün axşam saatlarında efirə gedən “Komedixana” verilişində icra nümayəndəsinin sözügedən hərəkətləri yumoristik formada tənqid edilib və lağ obyektinə çevrilib. Verilişdə təqdim olunan səhnə ictimai rezonans doğuran davranışa bir növ satirik münasibət kimi dəyərləndirilib. pizza mizza

Bununla bağlı yayımlanan videonu təqdim edirik. /Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!