Sumqayıtda ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT

Kriminal

27 Dekabr 2024 22:27 980


İnternet xəttinə görə mübahisə atanın oğlunu bıçaqlaması ilə nəticələnib.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

İddialara görə, mübahisə qayınatanın gəlinin internet vasitəsilə danışmasına icazə verməməsindən sonra başlayıb. Dördpendirli pizza

İki bıçaq zərbəsi alan Şahmar Muradov dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı təcili əməliyyat edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bıçaqlanan şəxsin nənəsi Vəzifə Həşimovanın iddiasına görə, hadisə qayınatanın gəlinə qarşı söyüş söyməsi və internet xəttini kəsməsi səbəbindən baş verib. Sərdar Muradov gəlinin internetlə danışmasını dayandırmaq üçün evdəki internet xəttini ayırıb. Bu vəziyyətdən xəbər tutan Şahmar Muradov atası ilə mübahisə edib. Mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.

Hadisədən sonra gəlin evi tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrafilli bildirib ki, dekabrın 26-da saat 22:00-da Sumqayıt şəhərində 38 yaşlı Şahmar Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 67 yaşlı atası Sərdar Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!