Sumqayıtda baş energetik faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda baş energetik faciəvi şəkildə öldü

Hadisə

07 Mart 2023 16:39 824


Sumqayıtda şirkətin baş energetiki iş yerində ölüb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, martın 6-ı saat 16 radələrində “Azərit” ASC-nin baş energetiki, Elxan Misirxanovun iş yerində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.  Sezar pizza

Elxan Misirxanovun cəmiyyətə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!