Sumqayıtda gənclər arasında münaqişə bıçaqlanma ilə nəticələndi, saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda gənclər arasında münaqişə bıçaqlanma ilə nəticələndi, saxlanılan var

Kriminal

11 İyun 2025 22:16 574


Sumqayıt şəhərində gənclər arasında baş verən münaqişə zamanı bir nəfər bıçaqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 2008-ci il təvəllüdlü M.M aralarında yaranmış mübahisə zəminində 2007-ci il təvəllüdlü N.A-ya bıçaqla xəsarət yetirib. Marqarita pizza

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) saat 14:10 radələrində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı gənc polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!