Sumqayıtda gözəllik salonu yandı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda gözəllik salonu yandı

Hadisə

31 Mart 2022 10:40 656


Sumqayıt şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar, yaxınlıqda ümumi sahəsi 15 m² olan birmərtəbəli geyim mağazasının lambirindən ibarət üzlüyü və içərisindəki mallar yanıb.

Yenisabah.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda olan beşmərtəbəli yataqxana binasının xarici divarından keçən plastik su və kanalizasiya boruları 20 p.m əriyib. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!