Sumqayıtda iki qardaş metil spirtindən zəhərlənərək öldü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda iki qardaş metil spirtindən zəhərlənərək öldü

Hadisə

11 Aprel 2020 12:03 913


Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. 

İ. Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib.  Toyuqlu pizza

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!