Sumqayıtda kişi özünü ailəsinin gözü önündə yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda kişi özünü ailəsinin gözü önündə yandırdı

Kriminal

03 Aprel 2019 17:22 1208


Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb.

Bu barədə şəhər polis idarəsindən məlumat verilib.

Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib. Pepperoni pizza

Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, K.Dadaşovun bədəninin 70 faizi yanıb, onun sağ qalacağına ümid azdır.

Həmin şəxsin özünü yandıran zaman içkili vəziyyətdə olduğu müəyyən edilib. K.Dadaşovun yaxınları onun spirtli içki alüdəçisi olduğunu təsdiq edib. Sumqayıt sakininin həmin gün intihar etməyə çalışdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!