Sumqayıtın 1-ci mikrorayondakı binaların birində üzərində şəhid şəkli olan lövhə sökülərək oğurlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza
Telegram kanalımız