Sumqayıtda qaz xətti zədələndi: Mindən çox abonent qazsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda qaz xətti zədələndi: Mindən çox abonent qazsız qaldı

Sosial

07 Mart 2026 12:23 396


Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.

Diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. pizza hut

Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları təmir-bərpa işləri aparır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!