Sumqayıtda silahlı insidentlə bağlı təfərrüat - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda silahlı insidentlə bağlı təfərrüat - Video

Kriminal

28 Oktyabr 2023 14:39 1569


Oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan Serkan Karakaş barədə əvvəllər də şikayətlər olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ailə-məişət və borc məsələlərinə görə S.Karakaş barəsində dəfələrlə şikayətlər edilib.

Hətta onun borc üstündə bir dəfə bıçaqlandığı da deyilir. pizza mizza

Bugünkü hadisəni orta yaşlı bir kişinin törətdiyi qeyd edilir.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!