Sumqayıtda yol polisi qəza törətdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda yol polisi qəza törətdi - Fotolar

Hadisə

05 Aprel 2020 20:59 1191


Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 

Belə ki, sürücü  1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü  Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. pizza mizza

Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!