“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

saytların hazırlanması

Evə çatdırılma

“Ustay” şirkətinin 13 işçisi zəhərlənib

Hadisə

16 Noyabr 2019 10:46 1193


Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.

İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Toyuqlu pizza

Hələ ki, hadisənin səbəbi bəlli deyil.

Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.

Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.

Qeyd edək ki, bu gün saytlardan birində Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu yazılıb. Həmin xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!