Sumqayıtda zəhərlənən uşaqlar evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda zəhərlənən uşaqlar evə buraxıldı

Sosial

14 Aprel 2026 13:47 265


Aprelin 1-də Sumqayıtda dəm qazından zəhərlənən azyaşlılardan daha ikisinin müalicəsi başa çatıb.

Bu barədə "Yeni Sabah"a Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib. Bildirilib ki, müalicəsi davam etdirilən 2 nəfər (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb:

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil olaraq qalır". pizza sifarişi

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Zəhərlənən uşaqlar Sumqayıt Tibb Mərkəzi və Bakıdakı Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

Aprelin 3-də 2 yaşlı qız ölüb.

Ailənin ümumilikdə 9 övladı olub.

Xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov körpə övladının dəfni zamanı TikTok-da canlı yayım açıb, cənazəni qucağına alaraq videolar çəkib və bunları sosial şəbəkələrdə yayıb. Onun bu hərəkətləri cəmiyyətin qınağına səbəb olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!