Sumqayıtdakı qəza ilə bağlı nazirlikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtdakı qəza ilə bağlı nazirlikdən açıqlama

Sosial

22 Fevral 2019 02:41 1285


Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Trend”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:

"Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib. pizza hut

Qalan xəstələrə isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə is xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".

Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

 Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

 Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!