Bütün dünyada trend olan “Chatgpt” artıq Azərbaycanda da aktivdir.
Yenisabah.az xəbər verir ki, "OpenAI"ın hazırladığı “Chat GPT" insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt prototipidir.
İstifadəçilər süni intellektdən esse, şeir və ya məqalə yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə bilir. Dominos pizza
Proqramı düzgün istifadə etdikdə bir çox işi süni intelektə gördürmək mümkündür.
"Chat GPT" 2022-ci ilin 30 noyabr tarixində təqdim edilib. Proqram ödənişlə xidmət göstərir. Prototipin gələcəkdə yaradacı insanları işsiz qoyacağı ehtimal edilir. Buna səbəb isə robotun bir sıra yaradıcı xüsusiyyətləri özündə cəmləşdirməsidir.
Telegram kanalımız