Suqovuşan belə qurulur - Video

Suqovuşan belə qurulur - Video

Rəsmi Veb saytların hazırlanması

09 Dekabr 2023 23:55 1542


Suqovuşanda quruculuq işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb.

Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi. Düşmənin illər ərzində söküb daşıdığı, yararsız vəziyyətə gətirdiyi enerji infrastrukturu yenidən quruldu. İki kiçik su elektrik stansiyası istismara verildi. Suqovuşan elektrik enerjisi ilə tam təmin olundu.

Yeni hərbi hissənin istifadəyə verilməsi ilə Suqovuşan istiqamətində təhlükəsizlik tam təmin olundu. Düşmənə revanşizmə yer yoxdur mesajı verildi. Təhsil ənənələri də bərpa olundu, çoxmərtəbəli binalar tikildi. Tikilən evlər isə bir il sonra sakinlərin istifadəsinə veriləcək.

Daha ətraflı AzTV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!