Suraxanıda Niyaməddin Musayevlə görüş keçirildi    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda Niyaməddin Musayevlə görüş keçirildi  - Fotolar

Mədəniyyət

20 Aprel 2023 13:27 1916


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində xalq artisti, Şöhrət ordenli Niyaməddin Musayev ilə görüş keçirilib. 

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Pepperoni pizza

Daha sonra sevilən xalq artistinin həyat və fəaliyyəti haqqında məlumat verilib, eləcə də Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Niyaməddin Musayev haqqında səsləndirdiyi fikirlər videoçarxda nümayiş olunub. Görüş zamanı qonaqları maraqlandıran sualları cavablandıran xalq artistinin əsrarəngiz ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən mədəniyyətimizin tərəqqisinə böyük diqqət göstərildiyini qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, bu gün ölkəmizdə mədəni həyatın inkişaf etdirilməsi istiqamətində davamlı layihələrin həyata keçirilməsi, rayon və şəhərlərdə mədəniyyət evlərinin, kitabxanaların müasir standartlara uyğun inşası, əsaslı təmir və bərpa edilməsi dövlətimiz tərəfindən mədəniyyətimizə verilən dəyərin ən böyük ifadəsidir. 

Niyaməddin Musayev də öz növbəsində tədbirin keçirilməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirib. Görüşün sonunda xatirə şəkilləri çəkilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!