Surət Hüseynovu kim dirildir?

saytların hazırlanması

Evə çatdırılma

Surət Hüseynovu kim dirildir?

Siyasət

20 İyun 2019 06:11 2001


1993-cü il 4 iyunda qanuni hakimiyyətə-AXC iqtidarına qarşı qiyam qaldıraraq dövlət çevrilişi edən Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov uzun müddətdən sonra “dirilib”. Facebookda Könül Rafiq qızı profilindən demək olar ki, hər gün onun barəsində paylaşımlara rast gəlirik.

Həmin paylaşımların hər birində S.Hüseynovun özünü təmizə çıxarmaq çabalarının olduğu müşahidə edilir və statuslara mərhum prezident Əbülfəz Elçibəy hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn başda olmaqla həmin iqtidarda yüksək səlahiyyət sahibi olan şəxslər “tağ” edilir. Son olaraq, keçmiş korpus komandirinin adını qeyd etdiyimiz profil üzərindən şok səs yazısı yayılıb. Səs yazısında S.Hüseynov aşağılayıcı formada AXC iqtidarını təhqir edir, bəzi şəxslərin adlarını çəkir, küçə söyüşləri işlədir. Guya o, Qarabağı alacaqmış, sadəcə Elçibəy iqtidarı arxadan buna zərbə endirir və bu səbəbdən torpaqlarımızı azad edə bilməyib.

Bu səs yazısının altındakı rəylərdə S.Hüseynovun “vətən xaini” olduğu xatırladılır və sərt şəkildə tənqid, hətta təhqir olunur. Toyuqlu pizza

S.Hüseynovun təbliğatçısına çevrilən qadın profilinin saxta olduğu deyilsə də, bu barədə “Yeni Müsavat”a mötəbər mənbədən məlumat daxil olub. Həmin məlumatlarda profilin real olduğu üzə çıxıb. Almaniyada mühacir həyatı yaşayan və adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, K.Rafiqqızı hazırda Almaniyanın Köln şəhəri yaxınlığında mühacir status ilə yaşayır. Əvvəllər saxta bilet düzəltmək niyyəti ilə Müsavat və AXCP-nin üzvü olan bu xanım istəyinə nail ola bilməyib.

Mənbənin bildirdiyinə görə, bir şəxs K.Rafiqqızına müəyyən məbləğ qarşısında yardımçı olub və qeyri-qanuni yollarla onun ölkədən çıxmasına nail olub. Hazırda onlar arasında gərginliyin yaşandığını mənbə bildirir. Onun dediklərinə görə, xanım mühacir Almaniyada oturum ala bilmir və ona yardımçı olan şəxsdən pullarını tələb edir, hətta onu sosial şəbəkələrdə ifşa edəcəyi ilə hədələyir. Mənbə K.Rafiqqızının Azərbaycanda Sərdar adlı bir jurnalistlə evli olduğunu və bu səbəbdən illər öncəyə qədər facebookda Könül Sərdarlı adı ilə fəaliyyət göstərdiyini deyir. O, Almaniyada bəzi azərbaycanlı mühacirlərlə gərginlik yaşayır. Bu sırada mənbə Yeganə Əmiraslanovanın adını çəkir və onun Almaniyaya gedərkən K.Rafiqqızına ciddi dəstək olduğunu, sonradan aralarında narazılıq yarandığını, bu günə qədər də narazılığın davam etdiyini söyləyir.

K.Rafiqqızının S.Hüseynovun təbliğatçısına çevrilməsi ilə bağlı faktlar isə daha ilgincdir. Əslində xanım mühacirin keçmiş korpus komandirini tanımadığı, sadəcə oturum izni almaq üçün bu yola əl atdığını mənbə qeyd edir. Bununla onun Azərbaycanda bir zamanlar ömürlük cəza çəkən şəxsin müdafiəçisi olduğunu göstərmək və ölkəyə qayıdarkən guya təzyiqlərlə üzləşəcəyini olduğu ölkənin aidiyyəti orqanına nümayiş etdirmək niyyətində olduğu iddia olunur. Artıq S.Hüseynovun yaxınları K.Rafiq qızı ilə əlaqə qurublar, hətta ona bu paylaşımlarına görə müəyyən məbləğdə maliyyə ödəyirlər...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı S.Hüseynovun “dirilməsi”nin heç bir nəticə verməyəcəyini qeyd edir: “Surət Hüseynov nə qədər fəallaşsa da, tribunada özünü təqdim etməyə çalışsa da, onun Azərbaycan siyasətində yeri yoxdur. Əvvəla, o siyasətçi deyil. Onun siyasətdə nə dərəcədə bacarıqlı olub-olmaması 1993-cü ilin iyunundan 1994-cü ilin oktyabrına qədər gedən zaman kəsiyində özünü ifadə etdi.

Həmin burulğanlardan Surət Hüseynov çıxa bilmədi. Əksinə o, törətmiş olduğu cinayətlərə görə ömürlük həbs cəzası aldı. Belə bir cinayətkarın siyasətə qayıtması, Azərbaycan siyasətində yer tutması indiki reallıqla daban-dabana ziddir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanın bu gün siyasi mühiti kifayət qədər həssasdır. Hakim partiya dövlətimizə, dövlətçiliyimizə qarşı hər hansı bir addımlar atılarsa, ona qarşı çox ciddi, əsaslı, təxirəsalınmaz, effektiv hərəkət etmək qabiliyyətinə malikdir. Müxalifət isə heç zaman Surət Hüseynovu öz sıralarına qəbul etməz. Çünki onunla müxalifət arasında yetərincə böyük problemlər yaşanıb.

Bu gün də bu problemlər yaşanmaqdadır. Surət Hüseynov başqa qüvvələr tərəfindən dindirilə, danışdırıla bilər. Amma bunun da kifayət qədər ciddi təsiri ola bilməz. Açığı onun siyasətə qayıtması ilə bağlı fəaliyyətində ciddi elementləri görmürəm. Onun adından çıxış edən, səsini yayan, fəaliyyətini önə çəkməyə çalışan kimlərsə varsa, bu təbii ki, Surət Hüseynovun təşəbbüsü, təhriki ilə baş verir. Bu yolla onu gündəmə gətirməyə çalışırlar. Məncə bütün bunların yeganə səbəbi Surət Hüseynovun özünü təmizə çıxarmaq, özünə haqq qazandırmaq çabalarıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!