Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu

saytların hazırlanması

Evə çatdırılma

Sürət və diqqətsizlik yolda daha bir həyata son qoydu

Hadisə

15 Oktyabr 2025 11:24 227


Oktyabrın 14-də saat 20:00 radələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini 61 yaşlı Hacı Əbilov idarə etdiyi “QAZ 3110” markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən, ilkin ehtimalla yüksək sürət və diqqətsizlik səbəbindən idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə dəyib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Qəza nəticəsində avtomobildə olan sərnişin – sürücünün həmkəndlisi 67 yaşlı Tofiq Ağammədov hadisə yerində həyatını itirib, Hacı Əbilov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Marqarita pizza

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!