“Sürix“in baş məşqçisi “Qarabağ“la oyundan sonra qovula bilər

saytların hazırlanması

Evə çatdırılma

“Sürix“in baş məşqçisi “Qarabağ“la oyundan sonra qovula bilər

İdman

26 İyul 2022 17:34 1043


İsveçrə "Sürix"inin baş məşqçisi Franko Foda istefaya göndərilə bilər. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a mümkün məğlubiyyət avstriyalı mütəxəssisin qovulması ilə nəticələnəcək.

Mövsümə uğursuz start verən Sürix şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının ilk turunda "Yanq Boyz"a 0:4 hesabı ilə uduzub, II turda isə "Lütsern"lə qolsuz heç-heçə edib. Sezar pizza

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Köhlən atlar" Bakıdakı ilk görüşdə 3:2 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!