Suriya bazası İraqdan hücuma məruz qalıb

saytların hazırlanması

Evə çatdırılma

Suriya bazası İraqdan hücuma məruz qalıb

Dünya

29 Mart 2026 10:02 348


Suriyanın şimal-şərqindəki Haseke əyalətində yerləşən Kəsrək hərbi bazasına qonşu İraqdan buraxılan dronlar hücum edib.

"Yeni Sabah" xəbər verir ki, məlumatı Suriya ordusu yayıb.

"Əl-Hadath TV"-nin yaydığı məlumata əsasən "Kəsrək bazasına dörd döyüş dronu ilə hücum edilib". Toyuqlu pizza

Suriya ordusu "ölkə ərazisinə edilən dron hücumuna görə İraq hökumətini məsuliyyətli bilir". Hücum nəticəsində bazaya dəyən ziyan və ya mümkün itkilər barədə hələlik məlumat yoxdur.

Martın 24-də İraqda fəaliyyət göstərən militant şiə qrupları Haseke əyalətindəki Rmeilan neft yatağına hücum elan ediblər. Suriya Ərəb Ordusunun Birgə Əməliyyatlar Komandanlığı bildirib ki, İraq ərazisindən, Suriya-İraq sərhədindən təxminən 20 kilometr məsafədə yerləşən bir kənddən beş raket atılıb.

Qeyd edək ki, Kəsrək ABŞ və koalisiya qüvvələrinin Suriyada yerləşdiyi hərbi bazalardan biridir. Koalisiya qüvvələri 2024-cü ildə bazanı tərk edib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!